"AFB Bank"ın istiqrazlarına 80 investor maraq göstərib
Maliyyə
- 27 oktyabr, 2025
- 15:53
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "AFB Bank" ASC-nin 5 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqraz abunə yazılışı üsulu ilə yerləşdirilib. İstiqrazlara 80 investor 5 milyon manatlıq 80 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirikəti" ASC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
21:52
Foto
Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Hadisə21:51
Suriya konsulluq xidmətlərinin bərpası ilə bağlı Rusiyaya nümayəndə heyəti göndərir
Digər ölkələr21:37
Zelenski: Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir
Digər ölkələr21:28
Foto
Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub
Hadisə21:18
Orban Rusiya neftinə sanksiyaları Trampla müzakirə edəcək
Digər ölkələr21:15
Azərbaycan Kuboku: "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq
Futbol21:05
Foto
Ali təhsil müəssisələri arasında "Zəfər" şahmat turniri keçirilib
Fərdi20:59
Belarus Litva diplomatına etiraz notası təqdim edib
Digər ölkələr20:53