ADB: 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 2,4 % artacaq

Maliyyə
  • 30 sentyabr, 2025
  • 04:00
ADB: 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 2,4 % artacaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 2,4 %, 2026-cı ildə isə 2 % səviyyəsində proqnozlaşdırır.

"Report"un məlumatına görə, proqnoz ADB-nin sentyabr ayı icmalında yer alıb.

Azərbaycanın 2025-ci il üçün ÜDM artımının qiymətləndirilməsi aprel proqnozu ilə müqayisədə 1 faiz, 2026-cı il üçün proqnoz isə 1,3 faiz bəndi azalıb.

"Karbohidrogen hasilatının azalması Azərbaycanın iqtisadi artımını 2025-ci ilin birinci yarısında ləngidib. 2024-cü ilin eyni dövründə iqtisadiyyat 4,3 % genişlənsə də, 2025-ci ildə artım tempi 1,5 %-ə düşüb. Əsas səbəb karbohidrogen sektorunun 3,1 % azalması, qeyri-neft iqtisadiyyatının isə 3,9 % artım olmasıdır.

Neft hasilatı 5,3 %, qaz isə 0,4 % azalaraq sənaye istehsalının illik müqayisədə 0,5 % azalmasına səbəb olub. Bu arada, bərpa layihələrinə dövlət investisiyalarının artması hesabına tikinti sektoru 8,5 % artıb.

Xidmət sektoru nəqliyyat və rabitənin yavaş inkişafı ilə əlaqədar demək olar, iki dəfə azalıb: 2024-cü ilin birinci yarısında 6,1 %-dən 2025-ci ildə 3,1 %-ə qədər.

Eyni zamanda, kənd təsərrüfatı sürətlənib - artım bir il əvvəl 1,4 %-ə qarşı 0,2 % idi, bu da kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə şərtlənib", - hesabatda deyilir.

Bankın proqnozlarına görə, mülayim iqtisadi artım 2026-cı ilin sonuna kimi davam edəcək.

Xatırladaq ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artımını 3%, 2026-cı ildə isə 2,9 % səviyyəsində proqnozlaşdırır. 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 1 % artıb.

Beynəlxalq reytinq agentliklərinin proqnozları müxtəlifdir: "S&P Global" 2025-2026-cı illərdə illik 2 % artım gözləyir, "Fitch Ratings" 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %, "Moody's" isə ildə 2,5 % proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 % artım proqnozlaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə, Azərbaycanda iqtisadi artımı 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 % səviyyəsində olacaq. Dünya Bankı Azərbaycanda iqtisadi artımın 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində olacağını gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti