ABŞ ÜDM-i rekord həddə artıb
Maliyyə
- 29 oktyabr, 2020
- 16:37
Cari ilin üçüncü rübündə ABŞ-ın ÜDM-i ilkin dəyərləndirmələrə əsasən, illik hesabla 33,1 faiz artıb.
“Report” ölkənin Ticarət Departamentinin İqtisadi Təhlillər Bürosunun açıqlamasına istinadən xəbər verir ki, bu nailiyyətə COVID-19 ilə bağlı təxirə salınmış fəaliyyətlərin, müəssisələrin fəaliyyətinin bərpasına dair hökumətin gördüyü tədbirlər sayəsində əldə edilib.
Əvvəlki 16,7 faizlik rekord göstərici 1950-ci ilin birinci rübündə qeydə alınmışdı.
Qeyd edək ki, 2020-ci ilin birinci rübündə ölkə ÜDM-i 5 faiz, ikinci rübündə isə rekord hədd olan 31,4 faiz azalmışdı.
Bu ilin birinci rübündə ABŞ ÜDM-i ötən ilin müvafiq dövrünə nisbətən 0,3 faiz çox, ikinci rübündə 9 faiz az, üçüncü rübündə isə 2,9 faiz az olub.
Son xəbərlər
04:07
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
Futbol03:55
İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
Digər ölkələr03:18
İsrail Ordusu HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbə endirib
Digər ölkələr02:58
İranın Sirik şəhərində partlayış səsi eşidilib
Region02:26
"SpaceX"in səhmləri ticarətin ilk günündə 19 % artıb
Maliyyə02:02
Türkiyədə 4,6 maqnitudada zəlzələ olub
Region01:54
Serqey Barbarez: "Hesabda irəlidə olarkən qalib gələ bilməmək çox üzücüdür"
Futbol01:49
Əraqçi: ABŞ ilə memorandumun pozulması yekun razılaşmanın iflasına səbəb olacaq
Region01:47