AAYDA ötən il 5 milyon manata yaxın kredit ödəyib
Maliyyə
- 25 iyun, 2023
- 06:45
2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) kredit borclarının qaytarılmasına 4,5 milyon manat yönəldib.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 19,6 % azdır.
Ötən il agentliyin kreditlərə çəkdiyi xərc onun ümumi xərclərinin 0,1 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,3% olub.
Bundan başqa, sənəddə deyilir ki, 2022-ci ildə AAYDA-nın bank xərci 4,713 milyon manat təşkil edib. Bu isə 2021-ci ilə nisbətən 18,3 % azdır.
Ötən il agentliyin bank xərci ümumi xərclərinin 0,1 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,3 % olub.
Son xəbərlər
00:00
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir
Din23:37
Tərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb
Hadisə23:20
KİV: ABŞ-İran danışıqları Hörmüz boğazına nəzarət məsələsində fikir ayrılıqlarına görə dalana dirənib
Region23:04
Netanyahu: İrana qarşı əməliyyat hələ başa çatmayıb
Digər ölkələr22:54
Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib
Digər ölkələr22:39
"Bavariya" mövsümdə qolların sayına görə Almaniya çempionatının rekordunu qırıb
Futbol22:23
Livana endirilən zərbələrdə həlak olanların sayı 2 mini ötüb
Digər ölkələr22:05
KİV: İslamabadda ABŞ, İran və Pakistan arasında danışıqlar bərpa olunub - YENİLƏNİB-2
Region22:00