Voleybol üzrə yeni turnir keçiriləcək
Komanda
- 16 mart, 2022
- 09:44
Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan Bahar Kubokuna start veriləcək.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən, yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, qalib gələn komandalar 1-ci, məğlub olanlar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.
Son xəbərlər
07:36
Dik Advokat: "Ekvador millisi ilə heç-heçə bizim üçün qələbə qədər dəyərlidir"
Futbol07:30
Sebastian Bekkasese: "İndi taleyimiz son oyundan asılıdır"
Futbol07:26
Argentinada Messinin 26 metrlik heykəlinin açılışı olub
Digər ölkələr07:00
Bu gün şagird və abituriyentlər Azərbaycan dilindən ikinci cəhd imtahan verəcəklər
Elm və təhsil06:44
Kurasaonun qapıçısı Eloy Rom Ekvadorla oyunun ən yaxşısı adına layiq görülüb
Futbol06:24
"Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır
Digər ölkələr06:00
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Elm və təhsil05:55
DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilməyib - YENİLƏNİB-3
Futbol05:50