"Spartak"ın sabiq oyunçusunun meyiti aşkarlanıb
Komanda
- 21 yanvar, 2021
- 10:25
Rusiyanın "Spartak" və MOİK komandalarının sabiq xokkeyçisi Stanislav Aqafonov vəfat edib.
"Report" "REN TV"yə istinadən xəbər verir ki, o, 34 yaşında dünyasını dəyişib. Aqafonovun meyiti Leninqrad vilayətinin Vertemyagi kəndindəki evdə aşkarlanıb.
Tanışı onunla əlaqə yarada bilmədiyi üçün bir neçə gün əvvəl polisə müraciət edib. Bəzi məlumatlara görə, xokkeyçi narkotikdən istifadə edib. Meyitin yaxınlığında şprislər, naməlum ağ maddə və qaşıq tapılıb. Onun yüksək dozaya görə öldüyü ehtimal edilir.
Qeyd edək ki, Stanislav Aqafonov 2012-ci ildən məşqçi kimi fəaliyyət göstərib.
Son xəbərlər
11:49
Vilayət Eyvazov növbəti sıra baxışı keçirib
Daxili siyasət11:48
Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur
İnfrastruktur11:46
Culfada yanğında xəsarət alan 22 yaşlı qadın xəstəxanada ölüb
Hadisə11:41
Ayumi Konişi: "Orta Dəhliz üzrə tədqiqatlar real layihələrlə nəticələnməlidir"
İnfrastruktur11:41
Utilizasiya proqramı çərçivəsində 1687 nəfərə yerli istehsal yeni avtomobil təqdim edilib
Ekologiya11:39
MM Azərbaycanla Ekvador arasında viza tələbinin ləğvini ratifikasiya edib
Milli Məclis11:34
Türkiyəli rəsmi: "Sağlamlığın qorunması risklər böhrana çevrilməzdən əvvəl başlamalıdır"
ASK11:32
Vüqar Bayramov: "Ötən il büdcədə fiskal diversifikasiya meylləri güclənib"
Maliyyə11:32