​"SOCAR-Azerbaijan" şahmat üzrə Avropa Kubokuna qələbəylə başlayıb

Komanda
  • 18 oktyabr, 2015
  • 20:39
​SOCAR-Azerbaijan şahmat üzrə Avropa Kubokuna qələbəylə başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib.

"SOCAR-Azerbaijan" şahmat klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 50 komandanın iştirak etdiyi Avropa Kuboku uğrunda mübarizədə Azərbaycan iki klubla təmsil olunur.

Bunlar Avropa Kubokunun son qalibi "SOCAR-Azerbaijan" və "Odlar Yurdu" klublarıdır. İlk turda yarışın favoritlərindən sayılan "SOCAR-Azerbaijan" Finlandiyanın "Tammer-Şakki" kollektivini üstələyib 5,5:0,5. Komandamızda Veselin Topalov, Aniş Giri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov heç-heçə oynayıb.

Digər klubumuz "Odlar Yurdu" İngiltərənin "Uayt Roz" komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbəylə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov məğlubiyyət acısı yaşayıb.