Serbiyanın "Srvena Zvezda" klubunun azarkeşi "Qalatasaray"la oyun öncəsi Türkiyədə qətlə yetirilib
Komanda
- 22 noyabr, 2014
- 07:13
Bakı. 22 noyabr. REPORT.AZ/ Serbiyanın "Srvena Zvezda" klubunun azarkeşi Türkiyə "Qalatasaray"ı ilə basketbol üzrə Avroliqa qarşılaşmasından öncə İstanbulda qətlə yetirilib. "Report"un Serbiyanın RTS telekanalına istinadən məlumatına görə, 25 yaşlı gənc ürəyindən bıçaqlanıb.
Hadisə "Abdi İpekçi" idman sarayı qarşısında baş verib. İçəri girə bilməyən 400-dək serbiyalı fanat türkiyəli azarkeşlərin hücumuna məruz qalıb. Serbiya konsulu Zoran Mirkoviç hazırda öz vətəndaşlarının Türkiyə ərazisini sağ-salamat tərk etməsinə təminat almağa çalışdıqlarını bildirib.
Qeyd edək ki, "Qalatasaray" azarkeşləri oyun zamanı "Kosovo, Kosovo" şüarı da səsləndiriblər.
Son xəbərlər
08:50
Vaşinqtonda dəniz təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr08:39
İran XİN ABŞ-nin təzminat məsələsinə aydınlıq gətirib
Region08:32
Mask: Sİ beş ildən sonra bütün bəşəriyyətin intellektini üstələyəcək
Digər ölkələr08:22
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:18
Şamaxı rayonunda zəlzələ olub
Hadisə07:56
Tatarıstanda ağır qəza: Altı nəfər həyatını itirib
Region07:40
Abbas Əraqçi Qırğızıstanda səfərdədir
Region07:25
Foto
Xocalı sakini: 17 yaşında çıxmışdım, 52 yaşında qayıdıram
Daxili siyasət07:07
Foto