"Qarabağ" 4 qat Azərbaycan çempionu olub
Komanda
- 01 may, 2016
- 15:52
Bakı. 1 May. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının qalibi sona 4 tur qalmış müəyyənləşib. "Report"un məlumatına görə, bu, Ağdamın "Qarabağ" klubudur.
Baş məşqçi Qurban Qurbanovun komandası XXXII turda səfərdə ən yaxın izləyicisi "Zirə"ni 2:0 hesabı ilə məğlub edərək, xallarını 75-ə yüksəldib. Qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub.
Bu nəticədən sonra 60 xalla 2-ci pillədə qalan "Zirə" üçün qalan 4 turda 15 xallıq fərqi azaltmaq əlçatmaz olub.
Beləliklə, "Qarabağ" ardıcıl 3-cü mövsüm, tarixində isə 4-cü dəfə Azərbaycan çempionu adına layiq görülüb. Ağdam təmsilçisi bu uğuru sayəsində 2016-2017 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.
Son xəbərlər
13:01
Rumıniyanın Baş naziri Tomak istefa verib
Digər ölkələr12:56
Foto
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
Daxili siyasət12:44
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Hadisə12:36
Heydər Əliyev Azərbaycan xalqını və dövlətini ən taleyüklü məqamlarda xilas edib - RƏY
Daxili siyasət12:22
Popoviç: Çoxları Türkiyəyə məğlub olacağımızı düşünürdü - YENİLƏNİB
Futbol12:09
Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxacağı gözlənilir
Ekologiya11:55
İshaq Dar və Hakan Fidan bu gün imzalanması gözlənilən ABŞ-İran razılaşmasını müzakirə ediblər
Region11:35
Rusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb
Digər ölkələr11:34