Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Komanda
  • 02 oktyabr, 2025
  • 14:27
Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Oktyabrın 4-də final mərhələsi 2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

Püşkatma mərasimi şənbə günü Bari şəhərində baş tutacaq. Tədbirdə AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.

Yarışın biletləri bu il noyabrın 7-də satışa çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti