NBA-da daha bir qarşılaşma təxirə salındı
Komanda
- 11 yanvar, 2021
- 06:46
Milli Basketbol Assosiasiyasında (NBA) bu gün keçirilməli olan "Boston" - "Mayami" oyunu təxirə salınıb.
"Report" xəbər verir ki, "Mayami"nin bir neçə basketbolçusu koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə alınıb.
Komandanın heyətində NBA tibbi protokoluna görə qarşılaşma üçün tələb olunan 8 oyunçu yer almayıb.
"Boston"un da bir neçə üzvü eyni səbəbdən karantindədir.
Qeyd edək ki, NBA-da daha əvvəl dekabrın 23-nə planlaşdırılan "Hyuston" - "Oklahoma" görüşü də koronavirusa görə təxirə salınıb.
Son xəbərlər
03:15
İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
Region02:39
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Region02:10
Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Digər ölkələr01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42
Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
Region00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45