III MDB Oyunları: Azərbaycanın 3x3 basketbol yığmaları yarımfinala yüksəlib

Komanda
  • 05 oktyabr, 2025
  • 20:39
III MDB Oyunları: Azərbaycanın 3x3 basketbol yığmaları yarımfinala yüksəlib

Azərbaycanın 3x3 basketbol yığmaları III MDB Oyunlarında yarımfinala yüksəlib.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, bu gün Gəncədə 3x3 basketbol yarışlarına start verilib.

Azərbaycanın 17 yaşadək oğlan və qızlardan ibarət yığmaları yarımfinala yüksəlib.

A qrupunda yer alan oğlanlardan ibarət komanda (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı (21:13) və Qırğızıstanı (18:6) məğlub edib, Rusiyaya uduzublar (8:21). Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinala adlayıb. Yarımfinalda Azərbaycan yığması "B" qrupunu lider kimi tamamlayan Belarus millisi ilə qarşılaşacaq. İkinci yarımfinal oyununda Rusiya Özbəkistanla qarşılaşacaq.

Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana (13:16) uduzmaqla başlasa da, ardıcıl qələbələr qazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı (20:5), Rusiyanı (19:18) və Belarusu (18:17) məğlub edib.

Qızlar arasında turnirdə 5 komanda mübarizə aparıb. Yarış dairəvi sistemlə keçirilib və ilk dörd yeri tutan komandalar yarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerlə adlayıb. Yarımfinalda rəqib Özbəkistan yığması olacaq. Digər yarımfinald matçına Rusiya Belarusla qarşılaşacaq.

Yarımfinallar, üçüncü yer uğrunda oyunlar və finallar sabah 16:00-dan etibarən keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti