Gənc basketbol hakimləri üçün təlim-seminar təşkil olunub
- 14 iyul, 2026
- 14:47
Azərbaycanın gənc basketbol hakimləri üçün iki günlük təlim-seminar təşkil olunub.
Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.
Seminar ABF Hakimlər Kollegiyasının sədri, FIBA-nın milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.
Seminarda ümumilikdə 22 nəfər iştirak edib. Onlardan 15-i hakimliyə yeni başlayan gənclər olub.
Təlim çərçivəsində basketbol qaydaları və ikili hakimlik mexanikası ilə bağlı mövzular müzakirə edilib, həmçinin iştirakçılar fiziki testdən keçiblər.
Seminarın əsas məqsədi qarşıdakı mövsümlərdə Uşaq Gənclər Basketbol Liqasına daha çox gənc hakimin cəlb olunmasıdır.
Sentyabrda keçiriləcək mövsümöncəsi seminarda testləri uğurla keçən gənc hakimlər Uşaq Gənclər Basketbol Liqasının oyunlarına təyinat almaq imkanı qazanacaqlar.