"Neftçi" basketbol komandası Dünya Qadın Seriyası ilə vidalaşıb

Komanda
  • 14 avqust, 2023
  • 15:49
Neftçi basketbol komandası Dünya Qadın Seriyası ilə vidalaşıb

"Neftçi" Polşada təşkil olunmuş 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, B qrupundakı sonuncu matçında Litva millisinə 20:22 hesabı ilə məğlub olan Bakı klubu turnirlə vidalaşıb.

17:42

Azərbaycanın 3x3 basketbolu üzrə milli komandası Polşada təşkil olunan Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni erkən dayandırıb.

"Report"un məlumatına görə, qrupa düşmək uğrunda mübarizə aparan yığma ilk görüşündə İsrailə 7:21, ikinci oyunda isə Rumıniyaya 15:16 hesabı ilə uduzub.

B qrupunda qərarlaşan "Neftçi" isə ilk görüşündə İtaliya millisi ilə bacarmayıb - 10:13. Azərbaycan təmsilçisi növbəti matçını Bakı vaxtı ilə saat 18:55-də Litva seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.