Azərbaycanlı basketbolçu: "MDB Oyunlarında iştirak etmək bizə yaxşı təcrübə qazandıracaq"

Komanda
  • 06 oktyabr, 2025
  • 20:26
Azərbaycanlı basketbolçu: MDB Oyunlarında iştirak etmək bizə yaxşı təcrübə qazandıracaq

MDB Oyunlarında iştirak etmək bizə yaxşı təcrübə qazandıracaq.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu media nümayəndələrinə basketbolun 3x3 növü üzrə qızlardan ibarət Azərbaycan millisinin üzvü Leyla Abdullayeva bildirib.

İdmançı dəstəyə görə hər kəsə təşəkkür edib:

"Hesabda geri düşəndə motivasiyamız azaldı. Amma bilirəm ki, bunun davamı gələcək. Bu, hələ başlanğıc idi. 3x3 basketbol tam başqa səviyyədir. Biz bunun üzərində işləmişdik və daha çox təcrübə qazanacağıma inanıram".

Qeyd edək ki, Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə qızların yarışına yekun vurulub. Finalda Azərbaycan və Rusiya yığmaları qarşılaşıb. Görüş rəqibin 19:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti