Azərbaycan voleybol millisinin baş məşqçisi: "Biz finalda oynamaq istəyirdik"

Komanda
  • 06 oktyabr, 2025
  • 12:23
Azərbaycan voleybol millisinin baş məşqçisi: Biz finalda oynamaq istəyirdik
Şahin Çatma

Azərbaycanın 15 yaşadək qızlardan ibarət voleybol millisinin hədəfi lll MDB Oyunlarının finalında oynamaq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu komandanın baş məşqçisi Şahin Çatma Özbəkistan üzərində qələbədən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bu cür yarışlarda medal qazanmaq hər zaman önəmlidir. Medaldan da önəmlisi Azərbaycanda voleybolun inkişafıdır. Bu gün bu yolda çox önəmli addımlar atılıb. Federasiyasının bununla bağlı böyük dəstəyi var. Bu gün bizə dəstək olan azarkeşlərə də xüsusi təşəkkür edirəm. Komandadan çox razıyam və bu oyunçuların gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə inanıram", - deyə mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Azərbaycan millisi Özbəkistanı 3:1 hesabı ilə məğlub edərək lll MDB Oyunlarında bürünc medal qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti