Azərbaycan şahmat millisi dünya çempionatında daha iki görüş keçirəcək
Komanda
- 19 noyabr, 2025
- 10:15
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti görüşlərini keçirəcək.
"Report"un məlumatına görə, yığma III turda ABŞ, IV turda FIDE komandası ilə üz-üzə gələcək.
A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub - 1,5:2.5.
Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Qeyd edək ki, dünya çempionatı noyabrın 23-də başa çatacaq.
Son xəbərlər
11:08
Foto
Video
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə10:47
Foto
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Fərdi10:42
Senator Lindsi Qrem vəfat edib
Digər ölkələr10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10