Azərbaycan millisinin voleybolçusu: "İlk oyunda qazanılan qələbə vacib idi"
- 04 noyabr, 2025
- 22:58
Azərbaycanın qadınlardan ibarət voleybol millisinin VI İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk matçdakı qələbəsi vacib idi.
"Report" xəbər verir ki bunu millinin toppaylayıcısı Valeriya Kondratyeva İran yığmasına qarşı keçirdikləri görüşdən sonra deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan oyunçu qazandıqları qələbəni şərh edib:
"Komandamı və məşqçilər heyətini təbrik edirəm. Bu bizim ilk oyunumuz idi, qələbə qazanmaq vacib idi və çox şadam ki, bunu bacardıq. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Çətin anlarda hər kəs bir-birinə dəstək olur, kömək edir. Növbəti oyunlarda da komandamıza uğurlar arzu edirəm".
Qeyd edək ki, Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında İran yığmasını 3:0 hesabı ilə məğlub edib.