Azərbaycan klubunun ABŞ-dən olan basketbolçusu: "Avropa Kubokundakı qələbə çox vacib idi"

Komanda
  • 06 noyabr, 2025
  • 13:13
Azərbaycan klubunun ABŞ-dən olan basketbolçusu: Avropa Kubokundakı qələbə çox vacib idi

FIBA Avropa Kubokunun əsas mərhələsinin IV turundakı qalibiyyət "Abşeron Lions" basketbol klubu üçün çox vacib idi.

Bu barədə "Report"a komandanın kapitanı Aubri Makalpayn açıqlama verib.

ABŞ-dən olan oyunçu ötən gün Estoniyada yerli "Kalev" komandasını məğlub etdikləri (101:71) qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Komandanın çıxışından çox razıyıq. Səfərdəki görüşdə istədiyimiz oyunu sərgiləyə bildik. Burada əsas məsələ bir-birimizə inanmaq idi. Çətinliklər zamanı komanda ruhunu qorumaq çox önəmlidir".

A.Makalpayn əsas mərhələdəki ilk üç qarşılaşmada məğlub olduqlarını xatırladıb:

"Bu səbəbdən bu qələbə həm klub, həm də komanda ruhu üçün çox vacib idi. Qələbələrin davamını gətirmək niyyətindəyik. Oyunumuzdan məmnunuq. Məşqçilər heyəti bizi düzgün mövqelərə yönətldi, oyun planı isə yaxşı strategiya idi. Biz, sadəcə, onların göstərişlərinə əməl etməliyik. Yalnız bu yolla uğura nail ola bilərik".

Qeyd edək ki, "Abşeron Lions" FIBA Avropa Kubokunun əsas mərhələsinin I qrupunda 5 xalla üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti