Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir

Komanda
  • 20 may, 2023
  • 06:08
Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.

"Report"un məlumatına görə, həlledici oyunda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək ilk final matçı saat 19:30-da başlayacaq.

Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Qeyd edək ki, çempionatın bürünc medallarına "AAAF Xırdalan"ı məğlub edən NTD komandası sahib çıxıb.