Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək

Komanda
  • 23 dekabr, 2025
  • 09:10
Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq IX turdan təxirə salınmış matç baş tutacaq.

Son ölkə çempionu "Sabah" "Gəncə"ni qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.

Saat 20:00-da XI turun "Sərhədçi" - "Quba" və "Abşeron Lions" - "Şəki" görüşləri baş tutacaq. Qarşılaşmalar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzi və Bakı İdman Sarayında təşkil olunacaq.

XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti