Avstraliyada kriketçi boynuna top zərbəsi dəydiyi üçün vəfat edib

Komanda
  • 31 oktyabr, 2025
  • 11:47
Avstraliyada kriketçi boynuna top zərbəsi dəydiyi üçün vəfat edib

Avstraliyanın "Kriket Viktoriya" komandasının oyunçusu Ben Ostin vəfat edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, kriketçi məşq zamanı boynundan top zərbəsi aldığı üçün həyatını itirib.

17 yaşlı gənc xəstəxanaya aparılıb. Lakin ertəsi gün vəfat edib.

Ben Ostin məşq zamanı dəbilqə taxsa da, boyun qoruyucusundan istifadə etməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti