Keçən ay Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 121 mln. manat köçürüb

İqtisadiyyat
  • 08 noyabr, 2014
  • 09:28
Keçən ay Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 121 mln. manat köçürüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Oktyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 121,919 mln. manat məbləğində vergi və rüsum köçürüb.

"Report" DGK-ya istinadən xəbər verir ki, gömrük rüsumları 17,129 mln. manat, ƏDV 99,25 mln. manat təşkil edib. Aksizlərdən büdcə gəlirləri 4,06 mln. manat, yol vergisi 1,478 mln. manat olub.

Qeyd edək ki, cari ildə DGK xətti ilə dövlət büdcəsinə gəlirlər 1,51 mlrd. manat olmalıdır.