Zaur Mikayılov: "Su itkilərinin azaldılması üçün genişmiqyaslı tədbirlər görüləcək"

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 10:22
Zaur Mikayılov: Su itkilərinin azaldılması üçün genişmiqyaslı tədbirlər görüləcək
Zaur Mikayılov

Azərbaycanda su itkilərinin azaldılması, yeni su anbarlarının tikintisi, suyun təkrar istifadəsi istiqamətində genişmiqyaslı tədbirlər görüləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatlarının Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yaxın illərdə içməli su və suvarma şəbəkələrində itkilərin azaldılması üzrə iri proqramlar icra olunacaq: "Yeni su anbarlarının layihələndirilməsi, suyun təkrar istifadəsi və duzsuzlaşdırma üzrə pilot təşəbbüslər həyata keçiriləcək. Bu tədbirlər yalnız Azərbaycan üçün deyil, region üçün də model ola bilər".

Agentlik rəhbəri əlavə edib ki, bütün bu layihələrin əsasında vahid prinsip dayanır: "Su siyasəti iqlim siyasətidir. Əgər intizam və iddia ilə hərəkət etsək, Azərbaycan suya davamlılıqda regional model ola bilər – insanların təhlükəsiz su içdiyi, səmərəli suvarmanın tətbiq olunduğu, çayların təmiz axdığı və iqtisadiyyatın təbiətin imkanları daxilində inkişaf etdiyi bir model".

Son xəbərlər

Bütün Xəbər Lenti