Yevlax-Bərdə dəmir yolu xətti yenidən qurulur

İnfrastruktur
  • 05 may, 2023
  • 10:01
Yevlax-Bərdə dəmir yolu xətti yenidən qurulur

"Azərbaycan Dəmir Yolları" QSC 38 km-lik Yevlax-Bərdə dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə başlayıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.

"Hazırda yeni dəmir yolu xətti üzrə layihənin texniki iqtisadi əsaslandırılmasına hazırlıq gedir. Gələcəkdə həmin yol Bərdə-Ağdam yoluna birləşdiriləcək", - deyə o qeyd edib.