"Ural Hava Yolları" Rusiya vətəndaşlarını Azərbaycandan geri daşıyacaq

İnfrastruktur
  • 04 dekabr, 2020
  • 13:03
Ural Hava Yolları Rusiya vətəndaşlarını Azərbaycandan geri daşıyacaq

Bu ay "Ural Hava Yolları" şirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə 3 çarter reysi həyata keçirəcək.

"Report" bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.

Məlumata görə, aviareyslər Rusiya vətəndaşı olan və yaxud Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Uçuşlar dekabrın 12-də, 19-da və 26-da aeroportun 1-ci terminalından yerinə yetiriləcək.

Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" şirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.