"UN-Habitat" rəhbəri WUF13-ün təşkilində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 13:52
UN-Habitat rəhbəri WUF13-ün təşkilində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçiriləcək 13-cü sessiyasının təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək və şəhər inkişafının prioritetlərini müzakirə etmək mənim üçün böyük şərəfdir. NUFA3-ün (III Azərbaycan Milli Şəhərsalma Forumu - red.) təşkili məni həqiqətən heyran etdi. Biz həmçinin mayda Bakıda keçiriləcək WUF13-ə hazırlıqda göstərdiyi güclü dəstəyə görə hökumətə minnətdarıq. Gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik", - icraçı direktor vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti