Sumqayıtda 12 min abonentin suyu kəsiləcək
İnfrastruktur
- 22 aprel, 2026
- 16:20
Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.
Sumqayıt Sukanal İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.
Bildirilib ki, fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini - ümumilikdə 12 minə yaxın abonent - əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.
Son xəbərlər
20:48
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
Futbol20:47
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
Elm və təhsil20:47
Foto
Video
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə matçda fasiləyə öndə yollanıb - YENİLƏNİR-2
Futbol20:46
Yəmən Bab-ül-Məndəb boğazının müdafiəsi üçün beynəlxalq koalisiya yaratmağa çağırıb
Digər ölkələr20:32
Livan Prezidenti: Türkiyə ən çətin günümüzdə yanımızda oldu
Region20:26
"Sumqayıt" yoxlama oyununda "Şamaxı"ya qalib gəlib
Futbol20:19
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Xarici siyasət20:11
UEFA-nın 55 üzvü FIFA-nın kommersiya hüquqlarının satışı planına qarşı çıxıb
Futbol20:07
Foto