Sirab kəndində 5,5 km-lik yeni içməli su xətti çəkilir
İnfrastruktur
- 08 yanvar, 2026
- 11:53
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Sirab kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 5,5 km-lik yeni içməli su xətti çəkilir.
"Report"un yerli bürosunun məlumatına görə, layihə çərçivəsində diametri 225 millimetr olan yeni içməli su xəttinin çəkilişi həyata keçirilir.
Xəttin ümumi uzunluğu 5500 metr təşkil edir ki, bunun da 3000 metri yeni çəkilən hissədir.
Hazırda 2500 metr məsafədə boruların qaynaq işləri uğurla tamamlanıb. Tikinti-quraşdırma işləri mövcud qrafikə uyğun şəkildə davam etdirilir.
Layihə yekunlaşdıqdan sonra mövcud 2 ədəd subartezian quyusundan çəkilən xətlərin mənsəbində quraşdırılacaq subölüşdürücü qurğu vasitəsilə kəndin içməli su təchizatı daha da yaxşılaşdırılacaq.
Son xəbərlər
23:31
SEPAH: Xamenei Fars körfəzinin idarə olunması qaydasını müəyyən edəcək
Region23:14
TƏBİB Ağdamda yol qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb - YENİLƏNİB-2
Hadisə22:56
Tramp Konqresdən İrana qarşı hərbi əməliyyatların müddətini uzatmağı xahiş etməyəcək
Digər ölkələr22:34
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
İnfrastruktur22:30
Əraqçi Lavrov ilə ABŞ-İran danışıqlarını müzakirə edib
Region22:17
Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub
Daxili siyasət22:14
Ceyhun Məmmədov: AP-nin qəbul etdiyi qətnamədə əksini tapan məqamlar tamamilə absurddur
Daxili siyasət21:59
Deputat: Azərbaycan Avropa Parlamentinə adekvat cavab verib, aydın mesaj göndərib
Daxili siyasət21:45