Sədr: "İqlim tədbirləri sudan ayrı həyata keçirilə bilməz"

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 10:20
Sədr: İqlim tədbirləri sudan ayrı həyata keçirilə bilməz
Zaur Mikayılov

Azərbaycanda iqlim tədbirləri sudan ayrı həyata keçirilə bilməz.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, su ehtiyatlarının düzgün idarə olunması bütün sahələr üçün həyati əhəmiyyət daşıyır: "Bizim rifahımız, ərzaq təhlükəsizliyimiz, energetikamız və ictimai sağlamlığımız hər damcı sudan necə səmərəli istifadə etməyimizdən asılıdır".

Agentlik rəhbəri xatırladıb ki, ölkə Prezidentinin Fərmanı ilə ötən il "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" (2024–2040-cı illər) təsdiqlənib və qarşıdakı 16 il üçün dəqiq fəaliyyət istiqamətləri müəyyən olunub: "Bu strategiya yalnız sənəd deyil, həm də konkret hədəflər və ölçülə bilən nəticələrə hesablanmış yol xəritəsidir".

Son xəbərlər

Bütün Xəbər Lenti