Respublika əhəmiyyətli Daşkəsən-Gəncə avtomobil yolunda hərəkət bərpa edilib
İnfrastruktur
- 23 iyun, 2023
- 09:40
Leysan xarakterli yağışlar nəticəsində Respublika əhəmiyyətli Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə və Zağalı-Kollu-Çıraqlı avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Bununla yanaşı sözügedən yollar nəzarətdə saxlanılır, dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində aparılan işlər davam edir.
Respublika əhəmiyyətli Daşkəsən-Gəncə avtomobil yolunda hərəkət bərpa edilib
Son xəbərlər
10:39
Foto
KOBİA: "Startap" şəhadətnaməsi almış KOB-ların ümumi dövriyyəsi 2 dəfə artıb
Biznes10:37
Moskvada yol qəzası olub, xəsarət alanların sayı 25-ə çatıb
Region10:28
Foto
ASCO Asiya İnkişaf Bankı ilə müasir donanmanın formalaşdırılmasını müzakirə edib
Maliyyə10:21
Çində "Bavi" qasırğası ilə əlaqədar yenidən narıncı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr10:16
Foto
"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub
Futbol10:08
Foto
Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
Digər10:07
İngiltərə millisinin futbolçusu Deklan Rays komandanın məşqini buraxıb
Futbol10:01
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Media09:44