Rəşad Nəbiyev Aİ-nin komissarı ilə Zəngəzur dəhlizini müzakirə edib
İnfrastruktur
- 10 oktyabr, 2025
- 21:17
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, danışıqların əsas mövzuları Zəngəzur dəhlizi layihəsinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi olub.
"Biz Azərbaycan tərəfinin bu sahədə həyata keçirdiyi strateji layihələr barədə ətraflı məlumat verdik. Həmçinin Aİ-nin bu layihələrdə potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq. Əsas diqqət nəqliyyat, rəqəmsallaşma, innovasiyalar, İKT sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldilib", - nazir qeyd edib.
Son xəbərlər
13:36
"Borussiya"nın hücumçusu 50 milyon avro qarşılığında klubdan ayrıla bilər
Futbol13:26
Azərbaycan Çinlə rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübəsini müzakirə edib
Maliyyə13:19
Masallıda 1 300 abonentin qazı kəsiləcək
Energetika13:11
Zərdabda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb
Daxili siyasət13:09
Ötən ay 92 nəfər zəhərlənib, onlardan 3-ü ölüb
Sağlamlıq13:05
Prezidentin köməkçisi: Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb
Xarici siyasət12:59
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət12:56
Niderland Ukraynaya 250 milyon avro ayıracaq
Digər ölkələr12:55