Rəhman Hümmətov: "Azərbaycanda tranzit yükdaşımaları 15 milyon tona çatır"
- 17 sentyabr, 2025
- 12:19

Hazırda Azərbaycanda tranzit yükdaşımalarının illik həcmi 15 milyon tona çatır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son illərdə ölkə rəhbərliyinin keçirdiyi sosial-iqtisadi siyasət, qəbul olunan dövlət proqramları, ümumiyyətlə nəqliyyat infrastrukturunun genişlənməsinə, inkişafına şərait yaradıb: "Nəticədə qısa müddətdə Avrasiya materikində nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir.
O qeyd edib ki, dəniz limanları və digər nəqliyyat sahəsində görülən işlər sayəsində ötən il Azərbaycan üzərindən rekord həcmdə tranzit yük daşınıb: "Bu rəqəm artıq 15 milyon tona yaxınlaşır. Eləcə də ölkədaxili yükdaşımalarında da ciddi artımlar müşahidə edilir. Ölkə ərazisindən keçən bir sıra nəqliyyat dəhlizləri, çoxsaylı görüşlər, bəyanatlar və imzalanan son sənədlər də qarşımızda geniş perspektivlər açır".