OECD: Mənzil siyasətində əsas problem icraat boşluğudur
- 19 may, 2026
- 12:35
Mənzil siyasətində əsas problem icraat boşluğudur.
"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Bölməsinin Rəhbəri Aziza Akhmouch Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində bildirib.
Onun sözlərinə görə, bir çox OECD ölkələrinin mənzil təminatı ilə bağlı iddialı hədəfləri var: "Lakin evləri hədəflər deyil, sistemlər tikir. Bir çox ölkələrdə qarşılaşdığımız real boşluq vizyon (baxış) çatışmazlığı deyil, məhz icraatdakı boşluqdur. Bunun isə müxtəlif səbəbləri var.
Birinci səbəb odur ki, mənzil təminatı sahəsindəki öhdəliklər çox vaxt müxtəlif nazirliklər və hökumət səviyyələri arasında pərakəndə şəkildə yayılıb. Bu yaxınlarda keçirdiyimiz bir sorğuda gördük ki, OECD-yə üzv olan 38 ölkənin 80 %-dən çoxunda mənzil məsələsi ən azı üç fərqli sahəvi nazirlik arasında bölünüb. Və bu halların əksəriyyətində heç bir koordinasiya olunmuş mexanizm mövcud deyil. Bu vəziyyət indi Aİ rəhbərliyində yaradılan "mənzil əlçatanlığı planı üzrə işçi qrupu" ilə dəyişə bilər ki, bu da təbii ki, bir çox OECD ölkələri üçün prioritet məsələdir".