Nurlan Sauranbayev: "Qazaxıstan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir"

İnfrastruktur
  • 14 oktyabr, 2025
  • 12:14
Nurlan Sauranbayev: Qazaxıstan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir

Qazaxıstan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü regionun bütöv və dayanıqlı nəqliyyat arxitekturasının vacib elementi kimi dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında deyib.

"Zəngəzur dəhlizi layihəsi xüsusi əhəmiyyətə malikdir və Qazaxıstan tərəfindən regionun bütöv və dayanıqlı nəqliyyat arxitekturasının formalaşdırılmasının mühüm elementi kimi nəzərdən keçirilir. Qazaxıstan azərbaycanlı qardaşlarımızın bu təşəbbüsünü dəstəkləyəcək", - nazir qeyd edib.

N.Sauranbayev xatırladıb ki, 2024-cü ilin yekunu üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta Dəhliz) ilə konteyner daşımalarının həcmi təxminən üç dəfə, cari ilin 8 ayı ərzində isə daha iki dəfə artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti