Novruzda Bakı-Qəbələ qatarları hər gün hərəkət edəcək
İnfrastruktur
- 05 mart, 2024
- 07:39
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
Son xəbərlər
12:26
Nərgiz Vik: "Almaniya maliyyə institutları Azərbaycandakı layihələrə investisiya yatırmağa hazırdır"
İnfrastruktur12:24
"AccessBank" I rüb üzrə maliyyə hesabatını açıqlayıb
Maliyyə12:22
"AHK Azerbaijan"ın rəhbəri: Cənubi Qafqaz data mərkəzləri yaradılması üçün böyük potensiala malikdir
İKT12:20
Foto
İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Xarici siyasət12:17
Video
Türkiyədə liseyə silahlı hücum olub, 16 nəfər yaralanıb, hadisəni törədən özünü öldürüb - YENİLƏNİB
Region12:16
Bəzi rayonlarda yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Ekologiya12:15
Azərbaycanda sənaye istehsalı cüzi artıb
Sənaye12:14
İsrail hökuməti Trampa ölkənin ali dövlət mükafatının verilməsini təxirə salıb
Digər ölkələr12:12