Bakıda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
İnfrastruktur
- 28 iyun, 2015
- 11:00
Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Bakıdakı bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
"Report" xəbər verir ki, saat 16:00-dan tətbiq olunan məhdudiyyət gecə saat 02:00-a qədər qüvvədə olacaq. Belə ki, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi, Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi bağlı olacaq.
Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.
Bu gün Bakı Metropoliteni və ekspress avtobuslar saat 02:00-dək fəaliyyət göstərəcək.
Son xəbərlər
12:58
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya12:58
Nəzrin Əhmədli Bakıda təşkil olunan dünya çempionatında Almaniya güləşçisinə uduzub
Fərdi12:56
Azərbaycan qızıl ixracından gəlirini 40 %-dən çox artırıb
Sənaye12:55
"Azərkosmos"un ixrac gəlirləri 54 % artıb
İKT12:42
Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Xarici siyasət12:37
Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub
Digər ölkələr12:37
Sərdar Hacıyev: 2026-cı ilin birinci yarımilində 16 mindən çox fermerə təlim keçirilib
ASK12:34
Vüsal Hüseynov: Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir
Daxili siyasət12:32