Naxçıvanda yol nişanları yenilənir
İnfrastruktur
- 26 may, 2026
- 14:38
Naxçıvan Muxtar Respublikasında yollarda təhlükəsizliyin artırılması məqsədilə küçə və prospektlərdə mövcud nişanlara baxış keçirilib.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, standartlara və normativ-texniki tələblərə cavab verməyən, yararsız vəziyyətdə olan, istismar müddəti bitmiş yol nişanlarının müəyyən edilməsi istiqamətində iş aparılıb.
Monitorinqin nəticələrinə əsasən, sözügedən yol nişanlarının müasir standartlara uyğun yeniləri ilə əvəzlənməsi zəruri hesab edilib.
Hazırda Naxçıvanda müvafiq yol nişanlarının standartlara uyğun dəyişdirilməsi həyata keçirilir.
İlkin mərhələdə 650 yol nişanı yenilənib. Proses davam etdirilir.
Son xəbərlər
07:19
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda hesab açılıb - YENİLƏNİR-3
Futbol07:12
Cənubi Koreyanın sabiq prezidentinə Pxenyana dron göndərdiyi üçün 30 il həbs cəzası verilib
Digər ölkələr06:37
"Shell" Venesuelada qaz yatağının işlənilməsinə dair saziş imzalayıb
Digər ölkələr06:13
Yaponiya kosmik agentliyi təkmilləşdirilmiş "H3" raketinin buraxılışını həyata keçirib
Digər ölkələr05:38
Tailand şahzadəsi Kitiyapha 47 yaşında vəfat edib
Digər ölkələr05:21
Niderlandda avtomobilin uşaqları vurması nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr04:54
Konqo yığmasının DÇ-2026-da iştirak etmək üçün ABŞ-yə girişinə icazə verilib
Futbol04:08
Mask tarixdə ilk trilyonçu olub
Biznes03:34