Naxçıvan şəhərinin Baş planının hazırlanmasına başlanılıb

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 13:48
Naxçıvan şəhərinin Baş planının hazırlanmasına başlanılıb

Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik "Chapman Taylor" şirkəti Naxçıvan şəhərinin Baş planını hazırlamağa başlayıb.

Bunu "Report" açıqlamasında şirkətin direktoru Marselina Zieliniska bildirib.

Onun sözlərinə görə, Baş Planın gələn il üçün tamamlanması planlaşdırılır :"Hədəfimiz gələn ildir. Biz onu çox tez etmək istəmədik və mən Azərbaycan hökumətinə dedim ki, bizim üçün vaxt nə qədər uzun olsa, bir o qədər yaxşıdır. Belə ki, vaxtımız olduqca, ərazini anlamaq, daha çox insanla danışmaq üçün vaxt lazımdır. Naxçıvan çox böyükdür".

Direktor əlavə edib ki, Baş Plan 20 illik müddət üçün nəzərdə tutulan yol xəritəsidir.

Xatırladaq ki, Naxçıvanın Baş Planının hazırlanması "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Son xəbərlər

Bütün Xəbər Lenti