Moskva-Gəncə aviareysi əlverişsiz hava şəraiti səbəbindən gecikib
İnfrastruktur
- 03 yanvar, 2026
- 14:48
Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus U6 2411 Moskva-Gəncə və U6 2412 Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.
Gəncə beynəlxalq hava limanından "Report"un Qərb bürosuna verilən məlumata görə, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.
Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.
"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.
Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.
Son xəbərlər
12:43
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Region12:40
Əraqçi Türkiyə, Misir, Səudiyyə Ərəbistanından olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib
Region12:40
"Mançester Siti"nin yeni transferi rekordu təkrarlayıb
Futbol12:35
İran XİN: Yaxın günlərdə Aİ-yə qarşı cavab tədbirləri görəcəyik
Region12:30
Parlamentin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırılıb
Milli Məclis12:29
MM-in yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Daxili siyasət12:25
Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur
Biznes12:20
İngiltərə klubu tarixinin ən bahalı transferini həyata keçirməyə yaxındır
Futbol12:19