Metronun Rusiyadan aldığı sonuncu 2 qatar Bakıya çatıb
İnfrastruktur
- 05 noyabr, 2022
- 09:53
"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı sonuncu 2 qatar Azərbaycan paytaxtına çatıb.
Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, hazırda vaqonlar depodadır: "Sazlanma, sınaq və tənzimlənmə prosesindən sonra qatarlar xəttə buraxılacaq.
Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonların sayı isə 115-ə çatıb".
Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.
Son xəbərlər
07:28
Foto
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb
Digər ölkələr07:24
Çində 5,2 maqnitudada zəlzələ olub
Digər ölkələr07:08
DÇ-2026: Meksika - Ekvador oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-4
Futbol06:47
Vens: ABŞ İranla münasibətlərdə "qamçı və şirniyyat" metodundan istifadə edir
Digər ölkələr06:12
Mark Rütte: ABŞ İrana qarşı əməliyyatlarda Avropa bazalarından 5 000 uçuş həyata keçirib
Digər ölkələr05:50
DÇ-2026-nın oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı 5 milyona çatıb
Futbol05:47
Tramp kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb
Digər ölkələr05:39
Qrem Potter: "Bu dünya çempionatında Fransadan daha güclü komanda görməmişəm"
Futbol05:26