Kürdəmirdə yol tikintisinin davam etdirilməsinə 8,8 milyon manat ayrılıb

İnfrastruktur
  • 25 yanvar, 2019
  • 14:09
Kürdəmirdə yol tikintisinin davam etdirilməsinə 8,8 milyon manat ayrılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonunun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.