Jakub Cenek: "Nəqliyyatın rəqəmsal transformasiyası artıq zərurətə çevrilib"

İnfrastruktur
  • 24 oktyabr, 2025
  • 18:08
Jakub Cenek: Nəqliyyatın rəqəmsal transformasiyası artıq zərurətə çevrilib

Azərbaycanın nəqliyyatın rəqəmsal transformasiyası sahəsindəki liderliyi təqdirəlayiqdir.

Bunu Çex Respublikasının Nəqliyyat Nazirliyinin nümayəndəsi Jakub Cenek "Report"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Nəqliyyat Forumuna (BNF) sədrliyi dövründə Azərbaycanın rəqəmsallaşma və şəhər nəqliyyatının inkişafına verdiyi önəm xüsusi əhəmiyyət daşıyır: "Çex Respublikası Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi dövründə Azərbaycanın müəyyənləşdirdiyi prioritetləri davam etdirmək niyyətindədir".

J.Çenek qeyd edib ki, hazırda Çexiya qorumun 1-ci vitse-prezidentidir: "2026-2027-ci illərdə prezidentliyi üzərinə götürəcək. Hazırda konkret prioritetlərimiz müzakirə mərhələsindədir. Nəqliyyatın rəqəmsal transformasiyası artıq seçim deyil, zərurətə çevrilib. Azərbaycanın bu sahədəki liderliyi təqdirəlayiqdir.

Xatırladaq ki, Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti