Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunda son vəziyyət açıqlanıb

İnfrastruktur
  • 06 noyabr, 2025
  • 14:05
Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunda son vəziyyət açıqlanıb

Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunda tunellərdən biri artıq tam hazır vəziyyətdədir və bütün tikinti işləri son texnologiyalara uyğun aparılır.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Ziyəddin Həsənov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi 95 % icra olunub: "Layihə birinci texniki dərəcəyə uyğun olaraq inşa edilir və ümumi uzunluğu 123,6 kilometr təşkil edir. Yolun 78,5 kilometrlik hissəsi 6 hərəkət zolağından, 45,1 kilometrlik hissəsi isə 4 hərəkət istiqamətindən ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29,5 metr təşkil edir".

Z.Həsənov bildirib ki, layihə çərçivəsində mühüm mühəndis qurğuları da inşa olunub: "Avtomobil yolu üzərində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, 314 müxtəlif diametrli suötürücü qurğu və 24 körpü tikintisi nəzərdə tutulub. Artıq 23 körpünün tikintisi tamamlanıb, birində isə işlər davam edir".

Onun sözlərinə görə, yol üzərində ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilib və onların hamısında tikinti işləri başa çatıb, hazırda asfaltlanma mərhələsi həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti