​Heydər Əliyev prospekti tezliklə yeni görkəm alacaq

İnfrastruktur
  • 06 aprel, 2015
  • 09:06
​Heydər Əliyev prospekti tezliklə yeni görkəm alacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı şəhəri Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində aparılan təmir işləri sürətlə davam etdirilir. Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.

Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Tezliklə, görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.

​Heydər Əliyev prospekti tezliklə yeni görkəm alacaq