Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək
İnfrastruktur
- 26 noyabr, 2025
- 23:21
Goranboy şəhərində bloku çökən qəzalı yaşayış binası ilə yanaşı daha bina söküləcək.
"Report"un Qərb bürosunun məlumatına görə, Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı beşmərtəbəli yaşayış binasının yaxınlığındakı digər binada da qəza riski müəyyən edilib. Bu səbəbdən həmin binadakı sakinlərin də növbəti günlərdə oradan köçürülməsinə qərar verilib.
Xatırladaq ki, bir neçə gün öncə Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 2 mənzilin döşəməsi çöküb. Bu axşam saatlarında isə blok tamam çöküb. İlk hadisə zamanı 4 nəfər xəsarət alıb, zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Bina sakinləri daha əvvəl təxliyə olunduğundan bu gün axşam baş verən hadisə zamanı xəsarət alan olmayıb.
Son xəbərlər
16:28
Norveç parlamenti monarxiyanın saxlanılmasına səs verib
Digər ölkələr16:21
"Real" Almaniya millisinin müdafiəçisini heyətinə qatmaq istəyir
Futbol16:18
Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Region16:17
Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək
Hadisə16:11
AYNA: Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
İnfrastruktur16:09
Foto
Video
Masazırda avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir
İnfrastruktur16:01
Premyer Liqada het-trik edən 50-ci legioner: "Vurduğum qolların sayına xüsusi önəm vermirəm"
Futbol15:56
Foto
Parlament prospektində evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2
Hadisə15:52
Foto