Eldar Seyidov: Hadrut, Sos və Qırmızı Bazarda infrastruktur layihələri həyata keçirilir
- 19 noyabr, 2025
- 17:49
Hadrut, Sos və Qırmızı Bazar qəsəbələrində infrastruktur layihələri həyata keçirilir.
"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsinin müavini Eldar Seyidov jurnalistlərə açıqlamasında deyib.
O, Hadrut, Qırmızı Bazar və Sos yaşayış məntəqələrində genişmiqyaslı bərpa, quruculuq və abadlıq işlərinin davam etdirildiyini vurğulayıb:
"Hazırda Hadrut qəsəbəsində istismara verilən 10 evdə artıq məskunlaşma var. Eyni zamanda, Hadrutda su anbarı ilə su şəbəkəsinin bərpası artıq başa çatdırılıb. Ərazidə restoranlar, marketlər fəaliyyətə başlayıb. Həmçinin otel binasının bərpası davam etdirilir. Bundan başqa, elektrik, qaz təchizatı və digər istiqamətlərdə infrastruktur layihələri icra edilir".
E.Seyidov Qırmızı Bazar qəsəbəsində bütün sahələr üzrə infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib:
"Həmçinin Sos kəndində də miqyaslı işlər görülüb. Bu günə kimi Sosa 78 nəfərdən ibarət 19 ailə köçüb. Bir sıra iaşə obyektlərinin fəaliyyətə başladığı Sosda layihələr mərhələli şəkildə həyata keçirilir".