Misir prezidenti: "Süveyş kanalındakı hərəkət adi qaydada davam edir"
İnfrastruktur
- 30 mart, 2021
- 12:46
Süveyş kanalında “Ever Given” quru yük gəmisinin saya oturması üzündən bir neçə gün ərzində iflic olmuş hərəkət bərpa edilib.
“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əl-Sisi bildirib.
Gəminin qəzasına dair məsələlərin texniki ekspertlər tərəfindən ətraflı araşdırılacağını deyən dövlət başçısı bu işə şəxsən müdaxilə etməyəcəyini dilə gətirib.
Qeyd edək ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti 224 min tona yaxın olan “Ever Given” yük gəmisi Malayziyadan Niderlanda doğru hərəkət edərkən martın 23-də Süveyş kanalının 151-ci kilometrliyində saya oturub. Dünən “İnchcape Shipping” şirkəti gəmini saydan çıxardıqlarını açıqlayıb.
Son xəbərlər
03:14
"Kan": Qəzzaya yaxın vaxtlarda İndoneziyadan bir neçə min hərbçi göndərilə bilər
Digər ölkələr02:57
"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır
Analitika02:33
Britaniya Kralı qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcəyinə söz verib
Digər ölkələr02:08
Bosniya və Herseqovina NATO ilə əməkdaşlıq üzrə 2025-ci il İslahat Proqramını qəbul edib
Digər ölkələr01:44
KİV: İraqın ən böyük neft emalı zavodunda baş verən yanğında bir nəfər ölüb, səkkiz nəfər yaralanıb
Digər ölkələr01:25
Niderland SQ-nin rəhbəri ölkəsinin Ukraynadakı mümkün missiyada iştirakını istisna etməyib
Digər ölkələr00:54
Fransanın daxili işlər naziri gənclər arasında zorakılığın artdığını açıqlayıb
Digər ölkələr00:38
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Region00:29