Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətə məhdudlaşdırılır
İnfrastruktur
- 13 fevral, 2019
- 14:39
Bakı. 13 fevral. REPORT.AZ/ Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.
Avtonəqliyyat vasitələrinin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.
“Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, deyə məlumatda deyilir.
Son xəbərlər
02:15
Türkiyə parlamentinin yaz sessiyasının müddəti uzadılıb
Region02:01
DÇ-2026: İraq- Norveç oyunu başlayıb
Futbol01:37
Paris və Kiyev müdafiə innovasiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Digər ölkələr01:30
Rəşad Sadıqov: "Konfrans Liqasındakı rəqibimiz çox təcrübəli komandadır"
Futbol01:29
Maykl Olise Fransa - Seneqal matçının ən yaxşı futbolçusu olub
Futbol01:25
Mbappe dünya çempionatları tarixində bombardirlər sırasında üçüncü yerə yüksəlib
Futbol01:04
Foto
Fransa DÇ-2026-ya qələbə ilə başlayıb - YENİLƏNİB-6
Futbol00:57
Foto
UNESCO-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri təqdim edilib
Mədəniyyət siyasəti00:12