İlin sonunadək Xocavəndə köçürülən ailələrin sayı 1 500-ə çatdırıla bilər

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 11:39
İlin sonunadək Xocavəndə köçürülən ailələrin sayı 1 500-ə çatdırıla bilər

İlin sonuna qədər Xocavənd rayonuna köçürülən ailələrin sayı 1 300-1 500-ə çatdırılması planlaşdırılır.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, hazırda Xocavənd rayonunun kəndlərində təmir və bərpa işlərinə start verilib:

"Artıq bilirsiniz ki, Qırmızı Bazar və Hadrut qəsəbələrinə ilk köçlər baş tutub. Bu proses ilin sonuna qədər davam edəcək və 2026-cı ildə də mərhələli şəkildə həyata keçiriləcək. Ümumilikdə, yaşayış məntəqələrindən əlavə digər layihələrimiz də dövlət proqramında nəzərdə tutulmuş qrafikə uyğun olaraq tam sürətlə icra olunur".

Son xəbərlər

Bütün Xəbər Lenti